Avropa İttifaqı, bütün aviaşirkətləri əl yükünü pulsuz daşımağa məcbur etməyi planlaşdırır. Nomre1.Net xəbər verir ki, bu barədə “Europulse” məlumat yayıb. Bildirilir ki, müvafiq qərar Avropa Parlamentinin petisiya komitəsi tərəfindən yekdilliklə qəbul edilib və məsələ ilə bağlı səsvermə bu ay keçiriləcək. Qətnamədə Avropa İttifaqının bütün 27 ölkəsinin aviaşirkətləri sərnişinlərə əl yükünü pulsuz olaraq təyyarəyə gətirmək imkanını təmin etməyə çağırır.